Hüquqi Məlumat
Məxfilik və Vacib Məlumat
⚠️ VACİB MƏLUMAT
Saytda təqdim olunan Theta Healing, Sound Healing, Sadhu, JAAS, enerji, meditasiya və digər spiritual seanslar şəxsi inkişaf, özünü tanıma, meditasiya və spiritual/energetik təcrübə məqsədi daşıyır.
Bu xidmətlər tibbi müayinə, diaqnostika, müalicə, psixoterapiya və ya psixoloji konsultasiyanı əvəz etmir. Seanslar zamanı hər hansı xəstəliyin müalicə edildiyi, sağaldıldığı və ya müəyyən tibbi/psixoloji nəticənin mütləq əldə olunacağı vəd edilmir.
Seanslarda yaşanan təcrübə və nəticələr fərdi olaraq dəyişə bilər. Hər bir insanın fiziki, emosional və spiritual təcrübəsi fərqlidir.
🔒 MƏXFİLİK VƏ ŞƏXSİ MƏLUMATLAR
Seans zamanı paylaşdığınız şəxsi məlumatlara hörmət edilir və onlar məxfi saxlanılır. Şəxsi məlumatlarınız sizin razılığınız olmadan reklam, paylaşım və ya digər kommersiya məqsədləri üçün istifadə edilmir, qanunla tələb olunan hallar istisna təşkil edir.
Rəsmi fəaliyyət
Fəaliyyətim Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq rəsmi şəkildə həyata keçirilir.
Fərdi sahibkar • Vergi ödəyicisi • VÖEN
Göstərilən xidmətlər üzrə qanunvericiliklə müəyyən edilmiş vergi öhdəlikləri yerinə yetirilir.
Saytdan istifadə etməklə siz bu məlumatları oxuduğunuzu və spiritual xidmətlərin mahiyyətini başa düşdüyünüzü qəbul etmiş olursunuz.