Seanslar
Necə Kömək Edə Bilərəm
Hər kartın üzərinə klikləyərək ətraflı məlumatı görə bilərsiniz.

ThetaHealing — Şüuraltı Seans
150 AZNProblemlərin şüuraltı səbəblərini müəyyən edib dərhal şəfalandırmağa imkan yaradan effektiv texnika. Beynimizdəki mənfi inancları, enerji tıxanıqlarını və travmaları aradan qaldırır.

ThetaHealing — Şüuraltı Seans
Problemlərin şüuraltı səbəblərini müəyyən edib dərhal şəfalandırmağa imkan yaradan effektiv texnika. Beynimizdəki mənfi inancları, enerji tıxanıqlarını və travmaları aradan qaldırır.
Hansı mövzular üzərində işləmək olar:
- Ana və atadan gələn travmalar
- Ana bətni
- Evlilik
- Atılmaq
- Təcavüz
- Karyera
- Fobiyalar
- Sevilməmə
- Dəyərsizlik
- Rədd edilmə
- Münasibətlər
- Bolluq bərəkət
- Ölüm qorxusu
- Həyatda özünü tapma
- Fiziki və ruhi gərginliklər
Hər seans 1 saat davam edir. Neçə seans yetərlidir sualının cavabı ilk seansdan sonra bəlli olur, minimum 3-5 seans məsləhət görülür.
Qeydiyyat üçün WhatsApp-da yazın →
Life Coach Seansı
100 AZNPotensialınızı maksimuma çıxarmaq, güclü tərəflərinizi üzə çıxarmaq, özünə inamı və disiplini artırmaq üçün fərdi koçluq seansı.

Life Coach Seansı
Potensialınızı maksimuma çıxarmaq, güclü tərəflərinizi üzə çıxarmaq, özünə inamı və disiplini artırmaq üçün fərdi koçluq seansı.
Koç, rəsmi və qlobal təhsili olan, insanlara hədəflərinə çatmaları üçün dəstək olan mütəxəssisdir. Sizi olmaq istədiyiniz nöqtəyə ən uyğun və rahat yolla çatdırmağa kömək edir.
Hansı mövzularda seans almaq olar:
- Şəxsi inkişaf
- Biznes, karyera
- Ailə, uşaq münasibəti
- Disiplin və s.
Koç əvvəlcə güclü bir dinləyicidir; özəl suallarla sizə fərqindəlik yaşadır, bir növ güzgü olub potensialınızı üzə çıxarır və doğru addımları tapmağınıza şərait yaradır.
Qeydiyyat üçün WhatsApp-da yazın →
Pul Terapiyası Seansı
300 AZNMaddi axının qarşısındakı görünməyən blokları təmizləyən, bolluq şüurunu aktivləşdirən və daxili dəyər hissini yüksəldən xüsusi seans.

Pul Terapiyası Seansı
Maddi axının qarşısındakı görünməyən blokları təmizləyən, bolluq şüurunu aktivləşdirən və daxili dəyər hissini yüksəldən xüsusi seans.
Bu seans kimlər üçündür:
- Maddi axının qarşısında bloklar hiss edənlər
- Eyni səylə çalışıb nəticə görə bilməyənlər
- Öz dəyərini artırmaq, özünə icazə vermək istəyənlər
- Qorxu və köhnə inanclardan azad olmaq istəyənlər
- Həyatında daha çox firavanlıq görmək istəyənlər
Seansda nələr olur: köhnə pul qorxularının şəfalandırılması, bolluq şüurunun aktivləşdirilməsi, enerji bloklarının yumşaldılması, daxili dəyər və icazə enerjisinin yüksəldilməsi.
Nəticələr: maddiyyata qarşı rahat münasibət, yeni imkan və gəlir axını, daha çox açılan qapılar, pul qəbul etmə enerjisinin güclənməsi.
Qeydiyyat üçün WhatsApp-da yazın →
JAAS Seansı
100 AZNJean Adrienne's Clearing System — enerji protokolları və şüuraltı sorğu sistemləri ilə işləyən, strukturlaşdırılmış və dəqiq nəticəli bir metod.

JAAS Seansı
Jean Adrienne's Clearing System — enerji protokolları və şüuraltı sorğu sistemləri ilə işləyən, strukturlaşdırılmış və dəqiq nəticəli bir metod.
Bu protokollar sayəsində:
- Sualın kök səbəbi dəqiq müəyyən edilir
- Şüuraltı inancın hansı mərhələdə yarandığı aşkarlanır
- Enerji blokunun mənbə nöqtəsi aydın görünür
- Konkret "bəli/xeyr", "blok/axın" cavabları gəlir
- Niyyətə uyğun enerji istiqaməti müəyyən olunur
Seans hər kəs üçün təhlükəsizdir və fərdi enerji tələblərinə uyğun işlənir.
Qeydiyyat üçün WhatsApp-da yazın →
Qadın Enerjisi Seansı
500 AZNQadının içində gizli qalan ilahi gücü oyatmaq, ruhani enerjisini yüksəltmək və həyatında bolluq, sevgi və harmoniya axınını aktivləşdirmək üçün hazırlanmış xüsusi seans.

Qadın Enerjisi Seansı
Qadının içində gizli qalan ilahi gücü oyatmaq, ruhani enerjisini yüksəltmək və həyatında bolluq, sevgi və harmoniya axınını aktivləşdirmək üçün hazırlanmış xüsusi seans.
- Müqəddəs qadın yaradılışı ilə bağlantı — daxili gücün oyanması
- Qadın enerjisinin artımı — zəriflik, cazibə, özünə dəyər, intuisiya
- Bolluq kanalının açılması — qıtlıq və qorxu kodlarının təmizlənməsi
- Ailə və sevgi kanalının şəfalandırılması — ana nəsli və keçmiş münasibətlərin təmizlənməsi
Seans sonunda özünə sevgi, özünə dəyər, güvən, sevgi və bolluğu qəbul etmə hissi ilə güclü bir enerji proqramı yaradılır.
Kimlər üçündür: qadın enerjisini gücləndirmək, münasibətlərdə təkrar edən döngüləri dəyişmək, bolluq kanalındakı bloku açmaq və özünə sevgini şəfalandırmaq istəyən hər bir qadın üçün.
Qeydiyyat üçün WhatsApp-da yazın →
Sound Healing
300 AZNSəsin, vibrasiyanın və ruhun dərinliyindəki enerjinin görüşdüyü təcrübə. Tibet kasaları, kristal kasalar və digər vibrasion alətlərlə dərin meditativ vəziyyətə keçid.

Sound Healing
Səsin, vibrasiyanın və ruhun dərinliyindəki enerjinin görüşdüyü təcrübə. Tibet kasaları, kristal kasalar və digər vibrasion alətlərlə dərin meditativ vəziyyətə keçid.
Bədən yalnız fiziki bir quruluş deyil — yaşadığımız hadisələrin, duyğuların, düşüncələrin və enerjinin izlərini daşıyan bir yaddaş sahəsidir. Sound Healing seansı insanın enerji sahəsi və çakraları ilə işləməyə, daxildə yığılıb qalmış və artıq xidmət etməyən enerjini buraxmağa, ruh və bədən arasında daha dərin bir əlaqə yaratmağa yönəlmiş spiritual praktikadır.
Sound Healing sənə nə verə bilər:
- Dərin rahatlama və meditativ vəziyyət
- Enerjinin yenilənməsi və yüngüllük hissi
- Öz bədənini və duyğularını daha dərindən hiss etmək
- Daxili sakitlik və zehni susqunluq
- Emosional boşalma və buraxma təcrübəsi
- Çakralarla bağlı fərqindəliyin artması
- Özünlə və daxili dünyanla əlaqənin güclənməsi
- Ruhani praktikaya daha dərindən bağlanmaq
- Gündəlik həyatın səs-küyündən uzaqlaşıb özünə qayıtmaq

Sadhu+Theta Seansı
200 AZNBədəndə yığılan gərginlik və şüuraltında toplanan emosional yüklərlə dərin şəkildə işləyən xüsusi seans.

Sadhu+Theta Seansı
Bədəndə yığılan gərginlik və şüuraltında toplanan emosional yüklərlə dərin şəkildə işləyən xüsusi seans.
SADHU praktikası vasitəsilə bədəndə toplanmış stress, gərginlik, yorğunluq və bastırılmış duyğuların sərbəst buraxılması prosesinə dəstək olunur. Theta Healing isə şüuraltı inanclar və emosional mövzular üzərində energetik iş aparır.
SADHU+ Theta Healing birlikdə bədən və şüuraltı ilə eyni anda işləməyə imkan verir və ilk seansdan belə güclü fərqindəlik və yüngüllük hissləri yarada bilər.
Bu seansı hər kəsə mütləq tövsiyə edirəm.
Qeydiyyat üçün WhatsApp-da yazın →
Access Bars Seansı
150 AZNZehnindəki məhdudiyyətlərdən azad ol. Həyatında yeni imkanlara yer aç.

Access Bars Seansı
Zehnindəki məhdudiyyətlərdən azad ol. Həyatında yeni imkanlara yer aç.
Access Bars başın üzərində yerləşən 32 xüsusi nöqtəyə yüngül toxunuşlarla tətbiq olunan energetik praktikadır. Bu nöqtələr Access Consciousness yanaşmasına görə həyatın müxtəlif sahələri ilə əlaqələndirilir — pul, münasibətlər, yaradıcılıq, nəzarət, bədən, sevinc və daha çoxu.
Seansın məqsədi sadəcə rahatlamaq deyil. Səni köhnə düşüncə və davranış dövrlərində saxlayan yüklərə başqa cür baxmaq və onları buraxmaq üçün bədənə və şüura məkan yaratmaqdır.
Seans zamanı üzərində işləmək istədiyin mövzuya fokuslana bilərik:
- Münasibətlər və sevgi
- Pul və bolluq
- Arzular və hədəflər
- Qorxular və məhdudlaşdırıcı inanclar
- Keçmişdən gələn emosional yüklər
- Özünə dəyər və özünü ifadə etmək
- İş, biznes və yaradıcılıq
- Qərar verməkdə çətinlik və təkrarlanan həyat dövrləri
- Həyatında dəyişdirmək istədiyin digər mövzular
Bəzən dəyişiklik üçün daha çox düşünmək yox, düşüncələrin yaratdığı səs-küyü azaltmaq lazımdır. Access Bars bunu yumşaq toxunuş, dərin rahatlama və fərqli şüur imkanlarına açılma prosesi kimi təqdim edir. Rəsmi mənbəyə görə insanlar seanslardan daha sakit zehin, rahatlama, stressin azalması, həyatla bağlı daha fərqli baxış, enerji və yaradıcılıqda artım kimi təcrübələr bildirirlər.
Qeydiyyat üçün WhatsApp-da yazın →
Access Body Seansı
300 AZNBədənin müxtəlif nahiyələrinə xüsusi əl toxunuşları və energetik proseslərin tətbiqi ilə həyata keçirilən praktikadır.

Access Body Seansı
Bədənin müxtəlif nahiyələrinə xüsusi əl toxunuşları və energetik proseslərin tətbiqi ilə həyata keçirilən praktikadır.
Hansı mövzularda işlənə bilər?
Access Body sistemində müxtəlif proseslər fərqli ehtiyac və mövzulara yönəldilə bilər. Məsələn:
- Bədəndə yığılan gərginlik və stress
- Keçmiş təcrübələrin bədəndə yaratdığı izlər
- Emosional və energetik yüklər
- Bədənlə münasibət və öz bədənini qəbul etmək
- Hüceyrə yaddaşı
- Başqalarının ağrılarını və reallıqlarını öz üzərinə götürmək
- Bədənin müəyyən sahələrində hiss edilən məhdudiyyətlər
- Yaşlanma ilə bağlı bədəndə formalaşan gərginliklər
- Bədənin enerji və canlılığını daha fərqli şəkildə hiss etmək
- Bədənlə əlaqəni və onun siqnallarını daha yaxşı eşitmək
Access Body seansı bədənlə mübarizə aparmaq əvəzinə onunla əməkdaşlıq etməyə, onu dinləməyə və bədənin malik olduğu imkanları başqa cür kəşf etməyə dəvət edir.
Qeydiyyat üçün WhatsApp-da yazın →